...

Həmvətənimiz "UFC Fight Pass" çempionatında iştirak edəcək

27.08.2021

2021-ci il 5 sentyabr tarixində ABŞ-da yaşayan idmançı soydaşımız Hüseyn Əliyev Hyuston şəhərində baş tutacaq Fury FC 50 - "UFC Fight Pass" döyüş çempionatında iştirak edəcək.
Hüseyn Əliyev hazırda AKA zalında vaxtilə tanınmış idmançı Həbib Nurməhəmmədovun baş məşqçisi olmuş Xavyer Mendezin nəzarəti altında yarışa hazırlaşır. UFC prezidentinin də izləyəcəyi yarış “UFC” kanalında canlı yayımlanacaqdır. Bu kanalın 2.5 milyon seyrçisi var.
Qeyd edək ki, Hüseyn Əliyev 1990-cı ildə Azərbaycanın paytaxtı Bakı şəhərində anadan olub. MMA üzrə 3 qat dünya çempionu, 66 kq çəki dərəcəsində mübarizə aparan soydaşımız peşəkar döyüşdə aktivinə 11 qələbə, 1 heç-heçə, passivinə isə 4 məğlubiyyət yazıb.
Həmvətənimiz daha böyük turnirlərdə güclü rəqiblərlə döyüşmək üçün bir neçə il öncə ABŞ-a köçüb.