...

Dövlət Komitəsində xaricdə yaşayan gənclərimizlə görüş olub

27.08.2021

Diasporla İş üzrə Dövlət Komitəsində "Sankt-Peterburq Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyəti" ictimai təşkilatının nəzdindəki Azərbaycan Gənclər Birliyinin bir qrup üzvü ilə görüş keçirilib.
Görüş zamanı soydaşlarımız Azərbaycan diasporunun son illərdəki dinamik inkişafından, diaspor gənclərinə xüsusi diqqət və qayğı göstərilməsindən məmnun olduqlarını ifadə ediblər. Onlar dövlətin diaspor siyasətinin uğurla icra edilməsinə və gənclərə xüsusi həssaslıqla yanaşıldığına görə Dövlət Komitəsinin sədri Fuad Muradova təşəkkürlərini bildiriblər.
Sonra Azərbaycan həqiqətlərinin, Vətən müharibəsində əldə etdiyimiz böyük Zəfərin dünya ictimaiyyətinə çatdırılması, sosial media hesablarında fəallıq göstərilməsi, yaşadıqları ölkələrdə dövlətimizin maraqlarının qorunması, milli-mədəni irsimizin təbliği ilə bağlı diaspor gənclərinin üzərinə düşən vəzifələr, gələcəkdə həyata keçirilməsi planlaşdırılan layihələr barədə geniş fikir mübadiləsi aparılıb.