...

Azərbaycan diaspor fəalının Sarayevo film festivalında iştirakı gözlənilir

24.08.2021

İtaliyada təhsil alan həmyerlimiz, Azərbaycan diasporunun fəal nümayəndəsi Samir Hüseynov 27-ci Sarajevo film festivalının “Talents Sarajevo” (“Sarayevo İstedadları”) proqramına qatılıb.
S.Hüseynov bildirib ki, 13-20 avqust tarixində təşkil olunan olan festivalın Pack&Pitch layihəsi çərçivəsində həyata keçirilən “Talents Sarajevo” proqramına çəkilişini nəzərdə tutduğu filmin layihəsini təqdim edib. Proqramı həyata keçirən prodüserlər soydaşımızın layihəsini bəyəniblər.
Qeyd edək ki, Avropanın böyuk film festivallarından biri olan Sarayevo film festivalının əsası 1995-ci ildə Bosniya və Herseqovinanın paytaxtı Sarayevo şəhərində qoyulub. Hər il dünyanın tanınmış film mütəxəssisləri və yeni istedadlar Sarayevoya toplaşırlar. Gənc istedadlı rejissorlar və ya prodüsserlər öz filmlərini məhz “Talents Sarajevo” proqramında təqdim etmək imkanı qazanırlar.