...

Azərbaycan diasporunun tanınmış siması yubileyini qeyd edir

20.08.2021

Azərbaycan diasporunun İsveçdə tanınmış nümayəndələrindən biri, bu ölkədə fəaliyyət göstərən "Azərbaycan naminə" Cəmiyyətinin sədri Nadir Hollenbrandın 60 yaşı tamam olur.
1999-cu ildən İsveçdə yaşayan yubilyar 13 ildir Stokholm şəhər bələdiyyəsində çalışır. 2005-ci ildə İsveç azərbaycanlılarını bir araya gətirmək, Azərbaycan həqiqətlərini bu ölkədə ardıcıl şəkildə təbliğ etmək məqsədilə bir qrup həmvətənimizlə birgə "Azərbaycan naminə" Cəmiyyətini yaradıb. Ötən müddət ərzində bu təşkilatı müvafiq istiqamətdə xeyli işlər görüb. Qarabağda əldə etdiyimiz Zəfərə qədər daim isveçli parlamentarilərin və KİV-in diqqətini Ermənistanın işğalçı və təcavüzkar siyasəti nəticəsində Azərbaycanın əzəli torpaqlarının işğal olunmasına, ərazi bütövlüyünün pozulmasına diqqəti cəlb edib. İsveç parlamentinin Hazırda “Xocalı soyqırımı”nın tanınması üçün yorulmadan fəalliyyət göstərir. Qədim və zəngin tarixə, mədəniyyətə malik olan Azərbaycanın müasir və multikultural dövlət olduğunu yerli ictimaiyyətin nəzərinə çatdırır.
Qeyd edək ki, Nadir Hollenbrand 1961-cı ilin 21 avqustunda Azərbaycanın Biləsuvar rayonunda anadan olub. 1986-сı ildə Rusiyanın Sankt-Peterburq şəhərində Sovet Ticarət İnstitunu bitirib. Universiteti bitirdikdən sonra bir müddət Leninqrad vilayətinin və Nevski rayonunun icraiyyə komitələrində çalışıb. Uzun illərdir İsveçdə məskunlaşıb.
Diasporla İş üzrə Dövlət Komitəsi “Azərbaycan naminə” cəmiyyətinin sədri Nadir Hollenbrandı yubileyi münasibətilə səmimi-qəlbdən təbrik edir, cansağlığı, xoşbəxtlik və ölkəmiz uğrunda fəaliyyətində yeni-yeni uğurlar arzulayır.