“Ay Laçın” xalq mahnısı Cıdır düzündə ifa olunub
Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Şuşaya yollanan diaspor nümayəndələri arasında Çexiyanın Plzen Konservatoriyasında təhsil alan gənc azərbaycanlı skripkaçı Canel Nəcəfli də olub. Ən böyük arzusu Şuşada, Cıdır düzündə skripkada ifa etmək olan Canel nəhayət ki, bu arzusuna çatıb. Müxtəlif beynəlxalq mükafatara layiq görülmüş istedadlı skripkaçı “Ay Laçın” xalq mahnısını Cıdır düzündə ifa edib. Canel Nəcəflinin ifası diaspor üzvlərinə xoş təsir bağışlayıb.
Qeyd edək ki, Canel Nəcəfli hazırda Bakı Musiqi Akademiyasında Xalq Artisti Zəhra Quliyevanın sinfində qiyabi və Çexiyada Plzen Konservatoriyasında professor Roman Fedçukun sinfində əyani təhsilini davam etdirir. O, ötən il Çexiyada musiqi sahəsində “İlin adamı” mükafatına layiq görülüb.