...

Finlandiya azərbaycanlıları “Neftçi” futbol klubuna azarkeşlik ediblər

13.08.2021

Skandinaviya Azərbaycanlıları Koordinasiya Şurasının təşəbbüsü və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Finlandiyada yaşayan azərbaycanlılar “HİK” – “Neftçi” futbol klublarının görüşünü izləyiblər.

Avropa Liqasının 3-cü təsnifat mərhələsinin cavab görüşləri çərçivəsində Helsinki şəhərinin “Bolt Arena” stadionunda keçirilən oyun zamanı həmvətənlərimiz üçrəngli bayraqlarımızı dalğalandırıb, "Azərbaycan", "Neftçi" və sair şüarları səsləndiriblər.

Görüşdən sonra milli komandanın azarkeşləri mübarizəni UEFA Konfrans Liqasının pley-off mərhələsində davam etdirəcək “Neftçi”yə müvəffəqiyyətlər arzulayıblar.