Dövlət Komitəsinin sədri İsrailin “Mişpaxa” qəzetinin müxbirinə müsahibə verib
Azərbaycan Respublikasında səfərdə olan İsrailin “Mişpaxa” qəzetinin müxbiri İsrail Yoskoviç Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovla görüşüb. Dövlət Komitəsinin sədri jurnalistin Komitənin və Azərbaycan diasporunun fəaliyyəti, Azərbaycan və İsrail diasporları arasında bugünkü əlaqələr, əməkdaşlıq perspektivləri, birgə layihələr, ölkəmizdəki yəhudi icması ilə münasibətlər barədə suallarına ətraflı cavab verib.
F.Muradov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yürütdüyü inamlı və uğurlu dövlət siyasəti barədə geniş məlumat verib, ümummilli lider Heydər Əliyevin diaspor quruculuğu ilə bağlı ideya və baxışlarını qonağın diqqətinə çatdırıb, ölkəmizdə həyat tərzinə çevrilən yüksək tolerantlıq haqqında danışıb.
Görüşdə dünya ictimaiyyətinin erməni təxribatlları barədə məlumatlandırılmasında xarici media nümayəndələrinin, o cümlədən İsrailli jurnalistlərin rolunun da vacib olduğu vurğulanıb.
İsrail Yoskoviç daha sonra Diasporla İş üzrə Dövlət Komitəsinin nəzdində fəaliyyət göstərən Diaspor TV və Diaspor FM-in studiyası ilə tanış olub.
Qeyd edək ki, Azərbaycana səfəri çərçivəsində İsrail Yoskoviçin işğaldan azad olunmuş Ağdam şəhərinə səfəri nəzərdə tutulur.