...

Azərbaycan diaspor nümayəndələri Finlandiyada Neftçinin oyununu izləyəcək

12.08.2021

Bu gün, 12 avqustun tarixində Finlandiyanın paytaxtı Helsinki şəhərinin “Bolt Arena” stadionunda “Neftçi” klubu ilə Finlandiyanın HJK klubu qarşı-qarşıya gələcək.
Finlandiyadakı Azərbaycan diasporunun 40 nəfər futbol azarkeşi oyunu stadionda canlı izləyəcək və komandamıza mənəvi dəstək göstərəcək. Azarkeşlərin oyunu canlı izləməsi təşəbbüsü Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurasının Finlandiya üzrə koordinatoru Ülviyyə Cabbarova tərəfindən irəli sürülüb, Diasporla İş üzrə Dövlət Komitəsi bu təklifi dəstəkləyib və azarkeşlər biletlərlə təmin edilib.
Qeyd edək ki, “Neftçi”nin UEFA Avropa Liqasının III təsnifat mərhələsində Helsinkidə HİK-lə keçirəcəyi oyunu siaspor nümayəndələri ilə yanaşı, Azərbaycanın İsveçdəki səfiri Zaur Əhmədov da izləyəcək.
Xatırladaq ki, HJK-“Neftçi” oyunu UEFA Avropa liqasının təsnifat mərhələsi çərçivəsində keçirilir. Bakıdakı ilk oyun heç-heçə başa çatıb. Bu cütlüyün qalibi növbəti mərhələdə Türkiyənin “Fənərbaxça” komandasına rəqib olacaq.
“Neftçi” klubuna beynəlxalq futbol matçında nailiyyətlər arzu edirik.