...

Avstriya azərbaycanlıları Türkiyədə ağacəkmə kampaniyasına başlayırlar

10.08.2021

Vyanada fəaliyyət göstərən Avstriya-Azərbaycan Mədəniyyət və İş Adamları Dərnəyi (“AZER-DER”) Türkiyənin bir sıra bölgələrində baş verən yanğın fəlakətinin nəticələrinin aradan qalxmasına dəstək məqsədilə ağacəkmə kampaniyasına başlayib.

“AZER-DER”dən bildirilib ki, kampaniya Vyanada fəaliyyət göstərən “Vəfa“ dərnəyi və Türkiyənin “Tema“ vəqfinin vasitəçiliyi ilə “Kədərin kədərimizdir, Türkiyəm“ devizi altında həyata keçirilir. Ümumilikdə 50 min ağacın əkilməsinin nəzərdə tutulduğu kampaniyanın ilkin mərhələsində 5 min ağac əkiləcək. Bu kampaniya Azərbaycan–Türkiyə dostluq meşəsinin salınması ilə yekunlaşacaq.

Bundan başqa, Avstriyadakı soydaşlarımız yanğından zərərçəkmişləri dəstəkləmək və yanğın qurbanı olan heyvanlar üçün sığınacaqlar yaratmaq üçün müxtəlif humanitar aksiyalar həyata keçirəcəklər.