...

"AZERİ-DER" ermənilərin törətdiyi soyqırımından bəhs edən sənədli film çəkir

05.08.2021

Vyana şəhərində fəaliyyət göstərən Avstriya-Azərbaycan Mədəniyyət və İş Adamları Dərnəyi ("AZERİ-DER") ermənilərin türk xalqına qarşı törətdiyi soyqırımı Avropaya nümayiş etdirmək məqsədilə sənədli film çəkəcək.

Bu məqsədlə "AZERİ-DER"in rəhbəri Yardım Günəş Türkiyəyə səfər edib. Onun sözlərinə görə, sənədli filmdə Türkiyənin Şərqi Anadolu, xüsusən də İğdır bölgəsində ermənilərin 1919-cu ildə türklərə qarşı törətdikləri kütləvi qırğınlar və vəhşiliklər öz əksini tapacaq. Bildirib ki, tək istəyi Avstriyadan 3 min 500 kilometr uzaqlıqda yerləşən ata ocağı Hakmehmet kəndində yaşanan qətliamı Avropa ictimaiyyətinin nəzərinə çatdırmaq, Avropanın müxtəlif bölgələrində, televiziya kanallarında, seminar və konfranslarında sənədli filmi nümayiş etdirməklə ermənilərin türk xalqına qarşı törətdiyi vəhşətə diqqəti cəlb etməkdir.