...

Oxçuçayın xilası naminə beynəlxalq poçt markaları çap edilib

04.08.2021

Niderland Krallığının Amsterdam şəhərində yaşayan həmyerlimiz Səltənət Rəvanqızının təşəbbüsü ilə bu ölkədə Öxçuçay fəlakətinə həsr olunmuş beynəlxalq poçt markası buraxılıb.

Azərbaycan diasporunun fəal üzvü bu layihəni Azərbaycanın Zəngilan rayonu ərazisindən keçən və Araz çayına tökülən Oxçuçayın Ermənistan və Almaniya şirkətləri tərəfindən zəhərli tullantılarla çirkləndirildiyinə etirazını bildirmək və yerli beynəlxalq ictimaiyyətin diqqətini bu problemə cəlb etmək məqsədilə gerçəkləçşdirib. Markaların üzərində Oxçuçayın təsviri və "#Oxçuçayı xilas edək!" (#SaveOkhchuchay) və "#Ekoterroru dayandır!" (#StopEcoterror!) həştəqləri əks olunub.

Markaları Niderlandın rəsmi poçt rabitəsinin PostNL milli operatoru çap edib.

Qeyd edək ki, bundan öncə "Azərbaycan inciləri" layihəsi çərçivəsində Amsterdamda dahi siyasətçi və görkəmli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə, Xalq rəssamı Sakit Məmmədovun əsərlərinə, Qarabağın rəmzi sayılan "Xarı bülbül" çiçəyinə, Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun, Kəlbəcərdə mina partlayışı nəticəsində həlak olmuş azərbaycanlı jurnalistlər Məhərrəm İbrahimovun və Sirac Abışovun xatirələrinə həsr olunmuş beynəlxalq poçt markaları buraxılıb.