...

Azərbaycan icması isveçrə xalqını təbrik edib

03.08.2021

İsveçrə Azərbaycanlılarının Koordinasiya Şurası ölkənin milli bayramı münasibətilə İsveçrə xalqını təbrik edib.

Soydaşlarımız adından İsveçrənin dövlət və hökümət üzvlərinə ünvanlanan təbrik məktubunda bildirilib ki, İsveçrə xalqına dostcasına yanaşan azərbaycanlılar bu ölkədə eyni münasibətlə də qarşılaşıblar. İsveçrə azərbaycanlıları yerli cəmiyyətə sıx inteqrasiya etməklə ölkənin inkişafına töhfə verməyə çalışırlar: "Ümid edirik ki, mövcud dostluq münasibətləri bundan sonra da inkişaf edəcək. Biz əminik ki, aramızda mövcud olan dostluq münasibətləri və əməkdaşlıq əlaqələri xalqlarımızın rifahı, eləcə də dünyada sülh, sabitlik və davamlı inkişaf naminə daha da möhkəmlənəcək".