...

Avstraliyadakı azərbaycanlılar Türkiyəyə dəstəklərini ifadə ediblər

02.08.2021

Avstraliya–Azərbaycan Assosiasiyası (AAA) qardaş Türkiyənin regionlarında baş verən yanğın fəlakəti ilə əlaqədar Türkiyənin Avstraliyadakı səfirliyinə müraciət edib.

AAA-nın prezidenti Mikayıl Oytanın səfir Korhan Karakoça ünvanlanan məktubunda bildirilib ki, Türk Dünyasına düşmən olan bir sıra ölkələr tərəfindən dəstəklənən terrorçular meşələrdə yanğın törətməklə Türkiyənin təbiətinə, heyvanlar aləminə və ətraf mühitinə böyük qəsd ediblər: "Öncə insan olaraq, sonra 55 milyon Azərbaycan türkü olaraq can qardaşımız Türkiyə Cümhuriyyətinin və böyük türk millətinin yanındayıq. Türkiyə – evimizdir! Evimiz yanır, canımız yanır. Türkiyəm, bir daha canın yanmasın!".

Məktubun sonunda güclü dövlət olan Türkiyənin terrorçuları və havadarlarını məğlub edəcəyinə əminlik ifadə edilib.