...

Danimarkada Azərbaycan diasporu "Acınız acımızdır, Türkiyə!" adlı kampaniyaya başlayıb

02.08.2021

Türkiyə regionlarında baş verən dəhşətli yanğınlar barədə xəbərlər xaricdə yaşayan azərbaycanlılar tərəfindən böyük kədər və üzüntü ilə qarşılanıb. Qardaş ölkədəki təbii fəlakətin aradan qaldırılmasına dəstək məqsədilə diaspor təşkilatları hərəkətə keçiblər.

Danimarkada fəaliyyət göstərən "Vətən" Cəmiyyətinin təşəbbüsü ilə soydaşlarımız arasında "Acınız acımızdır, Türkiyə!" adlı yardım kampaniyasına başlanılıb. Cəmiyyətin sədri Səfər Sadıqlı bununla əlaqədar Danimarka azərbaycanlılarına müraciət edib. "Fəlakət nəticəsində Türkiyənin ətraf mühitinə və iqtisadiyyatına böyük ziyan dəyib. 44 günlük Vətən müharibəsində hər zaman yanımızda olan, bizə yardım edən qardaşlarımızı indi dəstəkləmək növbəsi bizdədir. Danimarkada yaşayan azərbaycanlılar bu kampaniyada fəal iştirak edirlər".