...

İsrailli qonaqlar Dövlət Komitəsində olublar

29.07.2021

"Azİz" İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının prezidenti Lev Spivakın başçılıq etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdədir.
İş adamı, Knessetin keçmiş üzvü Helik Bar və siyasi məsləhətçisi Lemuel Melamedin daxil olduğu nümayəndə heyəti artıq Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev və Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri Vüqar Süleymanovla görüşüb.
Diasporla İş üzrə Dövlət Komitəsində görüş zamanı tərəflər diaspor sahəsində təcrübə mübadiləsinin aparılması və iki ölkənin müvafiq qurumları arasında əlaqələrin gücləndirilməsi barədə razılığa gəliblər.
İsrailli qonaqların ölkəmizə səfəri davam edir.