...

İsrail mətbuatında Qubadakı dağ yəhudilərindən bəhs edilib

27.07.2021

İsrailin https://www.israeltoday.co.il/r xəbər portalında Azərbaycanın Quba bölgəsində yaşayan dağ yəhudilərinə həsr olunmuş məqalə yayımlanıb.
Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Azərbaycanda səfərdə olarkən Qırmızı Qəsəbəni ziyarət edən siyasi şərhçi Reyçel Avrahamın qələmə aldığı məqalədə dağ yəhudilərinin ölkəmizdə məskunlaşması tarixindən, adət-ənənələrindən bəhs edilib. Qırmızı qəsəbədə yaşamağın böyük şərəf hesab olunduğu, dağ yəhudilərinin unikal dialektdə danışdıqları, yəhudi və latın əlifbasından istifadə etdikləri vurğulanıb.
Məqaləni daha ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür:
https://www.israeltoday.co.il/read/a-visit-with-the-mountain-jews-from-persia/