...

Yunanıstan mediasında Azərbaycanın turizm potensialından bəhs edilib

22.07.2021

"QALA" Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyətinin təşəbbüsü ilə Yunanıstanın https://www.karfitsa.gr xəbər saytında "Azərbaycan regionlarında turizm" sərlövhəli məqalə yayımlanıb.

Məqalədə bildirilib ki, Şərqlə Qərbin qovşağında yerləşən, müasir infrastruktura, qədim tarixə və zəngin mədəniyyətə malik olan Azərbaycan gözəl təbiəti, milli parkları, Xəzər dənizi, rəngarəng iqlim resursları, termal bulaqları, palçıq vulkanları, ləzzətli mətbəxi və digər xüsusiyyətləri ilə məşhurdur. Azərbaycan bölgələrinin müxtəlif növ turizm imkanlarına malik olduğu, erməni işğalından azad edilmiş ərazilərin bu sahənin inkişafı baxımından uzunmüddətli perspektivlər vəd etdiyi, Qarabağda dağıdılmış tarixi, mədəni və dini abidələrin və obyektlərin bərpa olunması işinə, müasir infrastrukturun qurulmasına başlanıldığı, yeni yolların və hava limanlarının tikilməsilə bu bölgəyə turist axınının güclənəcəyi, Azərbaycanın mədəniyyət paytaxtı elan edilmiş Şuşa şəhərinin dövlət qoruğuna çevrildiyi və sair barədə ətraflı məlumat verilib.

Azərbaycanda ənənəvi və müasir müalicə baxımından minlərlə isti və mineral bulaqların mövcud olduğu, dağ və qış turizminin inkişaf etdiyi nəzərə çatdırılıb.

Məqaləni daha ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür:

https://www.karfitsa.gr/syllogos-ellino-azerikis-filias-qala-o-tourismos-stis-perioches-tou-azerbaitzan/