...

Böyük Britaniya mediasında Oxçuçay fəlakətinə diqqət cəlb edilib

16.07.2021

Birləşmiş Krallıqda fəaliyyət göstərən Azərbaycan icmasının təşəbbüsü ilə bu ölkənin https://www.nawaiwaqt.co.uk, https://e.jang.com.pk və https://khabrain.tv xəbər portallarında Oxçuçay fəlakətinə həsr olunmuş məqalələr yerləşdirilib.
Təllət Qondal (Tallat Gondal) və Asif Asif Mehmudun (Asif Asif Mehmood) qələmə aldıqları ingilis və urdu dillərindəki məqalələrdə Azərbaycanın işğaldan azad edilmiş Zəngilan rayonundan keçən və Araz çayına tökülən Oxçuçayın Ermənistan və Almaniya şirkətləri tərəfindən kütləvi şəkildə çirkləndirilməsindən bəhs edilib: "Ermənistandan başlayıb Azərbaycan ərazisindən keçən Oxçuçay sənaye tullantıları ilə o qədər güclü şəkildə çirkləndirilib ki, suvarma üçün yararsız hala gəlib, üstəlik, çaydakı bütün balıqlar məhv olub".
Qeyd edilib ki, qlobal ekoloji problemlər məhz yerli səviyyəli fəaliyyətin nəticəsində yaranmağa başlayır və dünya ictimaiyyəti artan ekoloji risklərə laqeyd yanaşmamalıdır.
Ermənistandakı mədənçıxarma sektorunun fəal oyunçusu olan "Cronimet" alman şirkətinin səbəb olduğu problemlərə göz yumduğunu vurğulayan müəlliflər əlavə ediblər ki, Oxçuçaydakı ekoloji fəlakətin qarşısının alınması üçün mühüm addımlar atılmalıdır.

Məqalələri aşağıdakı linklərdən oxumaq mümkündür:

https://www.nawaiwaqt.co.uk/post/environmental-distractions-that-happen-in-the-world
https://e.jang.com.pk/07-15-2021/london/page7.asp#;
https://khabrain.tv/کرونیمیٹ-کمپنی-اور-دریائے-چوچئی-کی-آلو/