Macarıstan mediasında Qələbədən sonrakı Azərbaycandan bəhs edilib
Soydaşlarımızın təşəbbüsü ilə Macarıstanın nüfuzlu https://magyarnemzet.hu/ xəbərlər saytında "Dağlıq Qarabağda Qələbənin dəyəri: şəhidlər və təntənə" sərlövhəli məqalə dərc edilib.
Azərbaycanda səfərdə olmuş jurnalist Laslo Davidin qələmə aldığı məqalədə bildirilib ki, ötən ilin payızında Azərbaycan cəmi 44 gün ərzində Qarabağı erməni işğalından azad edib. Müəllif 30 ilə yaxın erməni işğalı altında olmuş Azərbaycan torpaqlarının azad edilməsi uğrunda aparılmış hərbi əməliyyatlar başa çatandan sonra ölkəmizdə müharibə əhval-ruhiyyəsinin səngiməsi, xalqımızın öz qəhrəmanlarının xatirəsini əziz tutması, parlaq Qələbəyə görə milli qürur hissi keçirməsi, keçmiş cəbhə xəttinin 80-100 kilometrliyində yerləşən Gəncənin Ermənistan tərəfindən bombalanması, Hərbi Qənimətlər Parkı və sair barədə ətraflı məlumat verib.
"2003-cü ildən ölkəyə rəhbərlik edən Prezident İlham Əliyev tarixə müzəffər sərkərdə kimi düşüb, onun hərbi geyimdə və yumruğunu yuxarı qaldıraraq qələbə işarəsini bildirən şəkilləri reklam lövhələrində və vitrinlərində tez-tez yer alır", - deyə macar jurnlist nəzərə çatdırıb.
Məqaləni aşağıdakı linkdən oxumaq mümkündür:
https://magyarnemzet.hu/kulfold/a-gyozelem-ara-hegyi-karabahban-martirok-es-diadal-10070876/