İordaniya mətbuatında Oxçuçayın çirkləndirilməsindən yazılıb
Azərbaycan Diaspor Gəncləri şəbəkəsinin İordaniya üzrə əlaqələndiricisi Samia Xamisin təşəbbüsü ilə İordaniyanın nüfuzlu "Neyruz" və "Əl Ənbat" qəzetlərində Oxçuçaya həsr olunmuş məqalələr dərc edilib.
Məqalələrdə ölkəmizin Zəngilan rayonu ərazisindən keçən, məişət və kənd təsərrüfatında su mənbəyi kimi istifadə edilən Araz çayına tökülən Oxçuçaya qarşı Ermənistan və Almaniya şirkəti tərəfindən törədilən ekoloji cinayət barədə ətraflı məlumat verilib. Dəhşətli ekoterrorun indiyədək davam etdirilməsinə diqqət cəlb edilib. Azərbaycan tərəfinin beynəlxalq təşkilatlara və Almaniya dövlətinə müraciət edərək, ekoterrorun qarşısının alınması ilə əlaqədar müvafiq addımların atılmasını tələb etdiyi vurğulanıb.
Məqalələri aşağıdakı linklərdən oxumaq mümkündür:
https://alanbatnews.net/article/335272?fbclid=IwAR1_fOIHlDPYSVL9eD2tdCHPn8_tCDVppErCwamwF1eq6D0XQC0_YSO_NDs
https://nayrouz.com/article/215587#.YOvqZezrUB0.whatsapp