Türkiye Hakkında Bilgiler; Türkiye Bayrağı Anlamı, 2020 Nüfusu, Başkenti,  Para Birimi Ve Saat Farkı - Tatil Seyahat Haberleri

Avstraliyadakı soydaşlarımız Yaşıllar Partiyasını və "Croniment" şirkətini Oxçuçay cinayətinə biganə qalmamağa çağırıblar

09.07.2021

Avstraliya–Azərbaycan Assosiasiyası (AAA) Oxçuçay fəlakəti ilə əlaqədar Avstraliyanin Yaşıllar Partiyasına və "Croniment" şirkətinin Brisbon şəhərindəki nümayəndəliyinə müraciət edib.
Assosiasiyanın sədri Mikayıl Oytanın imzası ilə Yaşıllar Partiyasının lideri Adam Bandta və "Cronimet"in təmsilçisi Kris Taqqarta ünvanlanan müraciətdə Oxçuçayın Azərbaycanın işğaldan azad edilmiş Zəngilan rayonunun ərazisindən keçdiyi və ölkəmizin əkin sahələrinin suvarılması üçün su ehtiyatlarında həlledici rol oynayan Araz çayına töküldüyü nəzərə çatdırılıb. Səhmlərinin böyük hissəsi Almaniyanın "Cronimet" şirkətinə məxsus olan Ermənistanın mis-molibden kombinatının ilkin təmizləmə işləri aparılmadan istehsalat tullantılarını birbaşa Oxçuçaya buraxdığına və ekoloji standartlara riayət etmədiyinə diqqət cəlb olunub. Ermənistanın dövlət agentliklərinin də bu dəhşətli ekoloji cinayəti etiraf etdikləri vurğulanıb.
Avstraliyadakı soydaşlarımız Yaşıllar Partiyasını və "Cronimet" şirkətini bu ekoloji cinayətə biganə qalmamağa, Oxçuçaydakı ekoloji terrorun qarşısının alınması və ətraf mühitin qorunması üçün qətiyyətli tədbirlər görməyə çağırıblar.