Türkiye Hakkında Bilgiler; Türkiye Bayrağı Anlamı, 2020 Nüfusu, Başkenti,  Para Birimi Ve Saat Farkı - Tatil Seyahat Haberleri

Yunanıstan mediasında Oxçuçay fəlakətinin baiskarlarından bəhs edilib

09.07.2021

"QALA" Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyətinin təşəbbüsü ilə Yunanıstanın "Karfitsa" xəbər saytında Oxçuçay fəlakətinə həsr olunmuş məqalə yerləşdirilib.
Cəmiyyətin sədri Rəşid Məmmədovun müəllifi olduğu məqalədə Azərbaycanın işğaldan azad edilmiş Zəngilan rayonundan keçən və Araz çayına tökülən Oxçuçay, Ermənistanın Zəngəzur Mis-Molibden Kombinatının çayı zərərli tullantılarla çirkləndirməsi, bu kombinatın əsas səhmdarlarından birinin "Cronimet" alman şirkəti olduğu barədə ətraflı məlumat verilib. Şirkətin  rəhbərlərindən biri olan 83 yaşlı Gunter Pilarskinin ifrat ermənipərəst olduğu, adının Amerikanın nüfuzlu nəşri olan "The USA Tribune"da dərc olunan Almaniyadakı erməni rüşvətxorları siyahısında yer aldığı nəzərə çatdırılıb.
Müəllif hesab edir ki, Almaniyadakı ictimai sorğularda ön sıraları tutan Yaşıllar Partiyası alman şirkətinin məsuliyyətsiz davranışına biganə qalmamalıdır: "Ümid edirik ki, Almaniyadakı "yaşıllar" təkcə Avropa Birliyi ölkələrinin ətraf mühit standartlarına uyğunluğunu izləməyəcəklər, həm də Cənubi Qafqaz bölgəsində fəaliyyət göstərən alman şirkətinin ekoloji məsuliyyətsizliyinə də ciddi münasibətlə yanaşacaqlar".
 Məqaləni daha ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür:
https://www.karfitsa.gr/o-potamos-okhchuchay/?fbclid=IwAR2D_YjSziK6Cz-CrKc97KBXiYkPM0Oyu91Z2FpACaITc9UJI0FDUWeihJw