Finlandiyada yaşayan azərbaycanlı gənclərin təhsil uğuru
Finlandiyada fəaliyyət göstərən diasporumuzun gənc üzvləri təhsil sahəsində böyük uğura nail olub.
Azər-Türk gənclər təşkilatının fəal üzvü, Fin mediasında Xocalıya ədalət məqaləsinin müəllifi Mona Savojifar Finlandiyanın Etelə Tapiolan litseyinə, Ayla Qulieva Pietarsaaren litseyinə, Ülkər Əlizadə Vaasa şəhər litseyinə, Əsmər İbrahimzadə Helsinki dillər litseyinə, Ömər Mirzəyev isə Espoo şəhərinin Pohjois Tapiola litseyinə daxil olub.
Finlandiya Azərbaycanlıları Assosiasiyasının üzvləri Nadin Degheidy və Həsən Əliyev isə yüksək balla ali məktəbə daxil olublar. Nadin Lapland Univerisitetinin hüquq fakultəsində, Həsən isə Turku Universitetinin Dövlət idarəçiliyi fakultəsində təhsillərini davam etdirəcəklər.
Qeyd edək ki, Nadin Degheidy Helsinki Kulossari ingilis liseyini bitirib. Həsən isə ikinci ali təhsilini alacaq. Bundan öncə o, Tibb Universitetinin stomatologiya fakultəsini bitirib.
Diasporla İş üzrə Dövlət Komitəsi gənclərimizi təbrik edir və onlara təhsildə uğurlar arzulayır.