Türkiye Hakkında Bilgiler; Türkiye Bayrağı Anlamı, 2020 Nüfusu, Başkenti,  Para Birimi Ve Saat Farkı - Tatil Seyahat Haberleri

Braziliyalı ictimai fəal "Cronimet" şirkətindən Oxçuçayın çirkləndirilməsinə son qoyulmasını tələb edib

06.07.2021

Braziliyada yaşayan və Azərbaycansevərliyi ilə fərqlənən ictimai fəal Andreia Hiromi ölkəmizin ərazisindən keçən Oxçuçayın çirkləndirilməsinə etiraz əlaməti olaraq Almaniyanın "Cronimet" şirkətinin Braziliyadakı nümayəndəliyinə müraciət edib.
Müraciətdə şirkətin ətraf mühitin qorunması kimi mühüm məsələdə məsuliyyətsiz davranış nümayiş etdirdiyinə diqqət cəlb edilib. Səhmlərinin böyük hissəsinin Almaniyanın "Cronimet" şirkətinə məxsus olduğu Ermənistanın Zəngəzur mis-molibden kombinatının ilkin təmizləmə işləri aparmadan istehsalat tullantılarını birbaşa Oxçuçaya buraxması və ekoloji standartlara riayət etməməsi nəticəsində Azərbaycan ərazisində flora və faunaya, eləcə də insan sağlamlığına böyük təhlükə yarandığı vurğulanıb.
Andreia Hiromi "Cronimet" şirkətini bu ekoloji cinayətə göz yummamağa, ətraf mühitin qorunmasına dair öhdəliklərini yerinə yetirməyə və Oxçuçayın çirkləndirilməsinə son qoymağa çağırıb.
Eyni zamanda, Braziliyanın https://brasiliainfoco.com xəbər saytında Ermənistan və Almaniya şirkətlərinin Azərbaycan ərazisindən keçən və Araz çayına tökülən Oxçuçayda ekoloji cinayət törətməsi barədə məqalə yerləşdirilib.
Braziliyalı jurnalist Fabiana Ceyhanın qələmə aldığı məqalədə bildirilib ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərindəki dörd çaydan götürülmüş su nümunələri Almaniyanın SGS laboratoriyasında analiz edilib. Nəticədə 4 çayın hamısının Ermənistan tərəfindən əhəmiyyətli dərəcədə çirkləndirilməyə məruz qaldığı, Oxçuçayda isə ekoloji fəlakətin yaşandığı aşkarlanıb. Azərbaycan tərəfinin həmin şirkətlərin fəaliyyətinin dayandırılmasını tələb etdiyi nəzərə çatdırılıb.
Məqaləni daha ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür:

https://brasiliainfoco.com/ministerio-da-ecologia-e-recursos-naturais-do-azerbaijao-afirma-que-ha-4-rios-contaminados-quimicamente/