Ukrayna mediasında Azərbaycan tarixinin yeni dövründən bəhs edilib
Ukraynanın https://kyivdiplomatic.com/ua xəbər portalında Kiyev Milli Aviasiya Universitetinin professoru, "Ukrayna azərbaycanlılarının elmi şurası" ictimai təşkilatının sədri Arif Quliyevin "Azərbaycan tarixində yeni dövr" sərlövhəli məqaləsi yerləşdirilib.
Məqalədə 1993-cü il iyunun 15-də Azərbaycan tarixində yeni dövrün başladığı, görkəmli dövlət xadimi Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə ölkəmizin qısa müddət ərzində sürətli inkişaf yolu keçdiyi və dövlət müstəqilliyinin möhkəmləndiyi barədə ətraflı məlumat verilib.
Məqalədə Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevin Dağlıq Qarabağ münaqişəsinin həll olunması ilə bağlı fikirlərinə yer verilib. Qeyd edilib ki, 44 günlük müharibə zamanı Türkiyə, Ukrayna və Pakistan kimi qardaş və dost ölkələr Azərbaycanla həmrəy olublar və mənəvi dəstək göstəriblər. "İşğalçı qonşu üzərində qazanılan Qələbə hazırda Azərbaycanın dünya miqyasında yüksək səviyyəli müasir və güclü orduya malik olduğunu nümayiş etdirdi".
Məqaləni daha ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür:
https://kyivdiplomatic.com/ua/news/1522