Rəssam soydaşımız Türkiyədəki beynəlxalq müsabiqənin qaliblərindən biri olub
Türkiyədə yaşayan rəssam soydaşımız, Biləcik Şeyx Ədəbalı Universitetinin Gözəl sənətlər fakültəsinin müəllimi Elçin Mustafayev "Uluslararası Ömer Halisdemir ve 15 Temmuz Ruhu Resim Yarışması"nda II yeri tutub.
Niğde Bələdiyyəsi və Niğde Ömer Halisdemir Üniversitetenin birgə təşkil etdiyi müsabiqəyə 12 ölkədən (Türkiyə, Qırgızıstan, Qazaxıstan, Hindistan, Əfqanıstan, Bolqarıstan, ABŞ, Azərbaycan, Seneqal, Rusya, Mərakeş, İran) 133 iştirakçı qatılıb. E.Mustafayev müsabiqədə "Birlik Bərabərlik" adlı rəsm əsəri ilə təmsil olunub.
Müsabiqənin yekun nəticəsinə əsasən, 58 əsərin sərgidə nümayiş etdirilməsi qərara alınıb. Onların arasındakı 23 əsər isə mükafatlandırılıb. Müsabiqənin mükafatlandırma və sərginin açılış mərasimlərinin 15 iyul 2021-ci il tarixində keçirilməsi nəzərdə tutulub.
Diasporla İş üzrə Dövlət Komitəsi rəssam soydaşımızı bu nailiyyəti münasibətilə təbrik edir və ona yaradıcılıq uğurları arzulayır.