Türkiye Hakkında Bilgiler; Türkiye Bayrağı Anlamı, 2020 Nüfusu, Başkenti,  Para Birimi Ve Saat Farkı - Tatil Seyahat Haberleri

Türkiyədəki Azərbaycan diaspor təşkilatları və KİV Oxçuçayda törədilən ekoterrora etiraz edirlər

05.07.2021

Türkiyədə fəaliyyət göstərən 75 diaspor təşkilatı və kütləvi informasiya vasitələri Ermənistan və Almaniya şirkətlərinin Zəngilan rayonu ərazisindən keçən və Araz çayına tökülən Oxçuçayı zəhərli tullantılarla çirkləndirməsinə etiraz əlaməti olaraq beynəlxalq təşkilatlara müraciət edib.
Bəyanatda yaranmış vəziyyət açıq-aşkar ekoterror fəaliyyəti kimi qiymətləndirilib: "Qonşu ölkələr unutmamalıdır ki, Ermənistanın Qafan və Qacaran dağ-mədən sənayesinin tullantıları ilə hədsiz dərəcədə çirkləndirilən Oxçuçay Cənubi Qafqazın ikinci böyük çayı olan Araz çayına tökülür. Nəticədə çaydakı çirklilik səviyyəsi Araz çayının su ehtiyatlarının keyfiyyətinə birbaşa zəhərləyici təsir göstərir. Araz çayı isə Kür çayının ən böyük sağ qolu olmaqla Ermənistanla digər transsərhəd çaydır və Azərbaycanın əkin sahələrinin suvarılmasında həlledici rol oynayır. Lakin çaydakı suyun keyfiyyətinin ciddi dəyişikliyi səbəbindən onun məişət və kənd təsərrüfatı ehtiyacları üçün istifadəsi son dərəcə təhlükəlidir".
Bəyanat müəllifləri Almaniyanın "Cronimet" şirkətindən Oxçuçayın vəhşicəsinə çirkləndirilməsi nəticəsində törədilən ekoloji terrora son qoymağı tələb edib: "Təbii ehtiyatların, eləcə də mədən məhsullarının istismarı ilə məşğul olan bütün şirkətlər, dünyanın hansı ölkəsində fəaliyyət göstərmələrindən asılı olmayaraq, ekoloji təmizliyin qorunması ilə bağlı beynəlxalq konvensiyaların şərtlərinə əməl etməyə borcludur. Birmənalı olaraq ifadə edirik ki, Oxçuçayın məhv edilməsi ekoloji terror aktıdır və buna görə Ermənistan hökuməti ilə Almaniyanın "Cronimet” şirkəti beynəlxalq hüquq qarşısında eyni dərəcədə məsuliyyət daşıyırlar".
Yaranmış təhlükəli vəziyyətin miqyasının arta biləcəyinə diqqəti cəlb edən bəyanat müəllifləri beynəlxalq təşkilatları Oxçuçayla bağlı ekoterrora göz yummamağa, qətiyyətli tədbirlər görməyə çağırıblar.
Türk və ingilis dillərində beynəlxalq təşkilatlara, o cümlədən “Cronimet” şirkətinin Almaniyadakı baş ofisinə və İstanbul şəhərindəki nümayəndəliyinə göndərilən bəyanatı aşağıdakı təşkilatlar imzalayıb:

1. Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun nəzdində Azərbaycan Evi
2. Hatay Azərbaycan Evi
3. Yalova Əsassız Erməni İddilaları ilə Mübarizə Dərnəyi
4.Yeni Azərbaycan Yardımlaşma və Mədəniyyət Dərnəyi
5. İstanbul Türkiyə Azərbaycan Kültür və Dayanışma Dərnəyi
6. Azərbaycan Təhsil və Kültür Dərnəyi
7. Eskişəhər Azərbaycanlılar Dərnəyi
8. Gənc Azərbaycanlılar Dərnəyi
9. Kocaeli Dərincə Azərbaycan Evi Dərnəyi
10. Azaflı Sosial Yardım və Mədəniyyət Dərnəyi
11. Türkiyə Azərbaycan Dərnəkləri Federasiyası
12. Kocaeli Azərbaycan Heydər Əliyev Kültür Evi Dərnəyi
13. Azərbaycan Türkləri və Dost Dərnəklər Federasiyası
14. Türkiyə Azərbaycan Dostluq Dərnəkləri Federasiyası
15. Manisa Azərbaycan Kültür və Həmrəylik Dərnəyi
16. İğdır- Azərbaycan Dil, Tarix və Kültür Birliyini Yaşatma və Dəstəkləmə Dərnəyi
17. Türkiyə Azərbaycan Dərnəyi
18. Iğdır Azərbaycan Evi
19. Adana Azərbaycan Kültür və Dayanışma Dərnəyi
20. Antalya Azərbaycan Kültür və Dayanışma Dərnəyi
21. İzmir Azərbaycan Qardaşlıq və Əməşdaşlıq Dərnəyi
22. İzmir Azərbaycan Kültür Evi və Həmrəylik Dərnəyi
23. Azərbaycan Qadınları Kültür Mərkəzi Dərnəyi
24. Çağdaş Azərbaycan Kültür Dərnəyi
25. Ədirnə Azərbaycan Evi Dərnəyi
26. Azərbaycan Dil, Tarix, Mədəniyyət Araşdırma Mərkəzi
27. Azərbaycanlı Həkimlər Dərnəyi
28. İstanbul-Azərbaycan Dostluq Dərnəyi
29. “Buta” Azərbaycan Mədəniyyətini Yayma və Yaşatma Dərnəyi
30. Dünya Azərbaycanlıları Yazarlar və Media Dərnəyi
31. Kayseri Azərbaycan Mədəniyyət,Təhsil və Həmrəylik Dərnəyi
32. “Xəzər” Azərbaycan Xalq Rəqsləri Dərnəyi
33. Xəzər Folklor Təhsil və Araşdırma Mərkəzi
34. Anka - Azərbaycan Rəqs və Sənət Klubu
35. İstanbul Universiteti Azərbaycan Mədəniyyət və Həmrəylik Birliyi
36. Araz Doğa Sporları və Kültür Klubu Dərnəyi
37. Azərbaycan Turkiyə Ortaq Milli Düşüncə Dərnəyi
38. İstanbul Azərbaycan Kültür Evi
39. İstanbul Heydər Əliyev adına Azərbaycan məktəbi
40. Azərbaycan Təhsil, Mədəniyyət və Sosial Həmrəylik Dərnəyi
41. Balıkesir Azərbaycan Evi Dərnəyi
42. “Azərbaycan Xalqlar Dostluğu” Dərnəyi
43. Azərbaycan Gənclərinin Ankara Həmrəylik Dərnəyi
44. “Mübariz” Kültür Təhsil və Sosial Yardımlaşma Dərnəyi
45. Azərbaycan Gənclərinin İstanbul Hərəkatı
46. İstanbul Universiteti Azərbaycan Türkiyə Qardaşlıq və Həmrəylik Topluluğu
47. Celal Bayar Üniversitesi Manisa Azərbaycanlı Tələbələr Topluluğu
48. Düzce Üniversitesi Türk Dünyası Topluluğu
49. Bülent Ecevit Universitetinin nəzdində Azərbaycan Kültür Topluluğu
50. Azərbaycan Gənclərinin İstanbul Həmrəyliyi
51. Konya Azərbaycanlı Tələbələr Birliyi
52. Sakaryada Azərbaycan Kültür və Həmrəylik Topluluğu
53. Manisa Azərbaycanlı Tələbələr Birliyi
54. Kayseri Azərbaycanlı Tələbələr Birliyi
55. Kastamonu Universiteti Azərbaycan Mədəniyyət və Həmrəylik Birliyi
56. Bursa Azərbaycan Mədəniyyət və İncəsənət Birliyi
57. Azərbaycan Kipr Dostluq Cəmiyyəti
58. Azərbaycan - Kipr Gənclər Təşkilatı
59. Kahramanmaraş-Azərbaycan Təhsil, Mədəniyyət və Həmrəylik Birliyi
60. Elazığ Azərbaycan Mədəniyyət və Tələbə Gənclər Birliyi
61. "Bilecik Azərbaycan Qardaşlıq Dərnəyi”
62. Qars Azərbaycan Evi Dərnəyi
63. İğdır Vakfı
64. Azərbaycan Çanaqqala Dərnəyi
65. “Gəlcəyin İnsanları Məkanı, Gələcəyin İmkanları Məkanı”
66. ”Azərbaycan Deyincə” Dərnəyi
67. AzArt - Türkiyədə Yaşayan Azərbaycanlı Rəssamlar Qrupu
68. Alanya Azərbaycanlılar Dərnəyi
69.Zile Azərbaycan Qarabağlılar Yardımlaşma və Dayanışma Dərnəyi
70. Azərbaycan Kültür Mərkəzi Dərnəyi
71. Türkiyə Anadolu Aydınlar Ocağı
72. Türkiyə Azərbaycan Dev Kardeşlik, Candaşlık və Strateji Platformu
73. Türk Kültür Platformu
74. “Yeşil İğdır” qəzeti
75. Kars Hüryurt Gazetesi