Azərbaycan Diaspor Könüllüləri müxtəlif layihələrə qatılıblar
"Azərbaycan Diaspor Könüllüləri" proqramının üzvləri ölkə könüllüləri arasında gerçəkləşdirilən müxtəlif layihələrdə – "Dəmir Yumruq" və "Nizami Kvest" intellektual oyunlarında, "Xanbulan – Yay düşərgəsi"ndə fəal iştirak ediblər.
26 iyun – Azərbaycan Silahlı Qüvvələri gününə həsr olunmuş "Dəmir Yumruq" adlı "Nə? Harada? Nə zaman?" intellektual oyunu Azərbaycan Könüllü Təşkilatları İttifaqı, ASAN Könüllüləri Təşkilatının birgə təşkilatçılığı və Azərbaycan Gənclər Fondunun dəstəyilə baş tutub. Qubadakı "ASAN Xidmət" mərkəzində təşkil edilən iki mərhələli yarışın hər birində 5 könüllü olmaqla 14 komanda iştirak edib. "
"Nizami Kvest" intellektual oyununa isə qüdrətli söz ustadı Nizami Gəncəvi yaradıcılığının könüllülər arasında təbliği, eləcə də onların intellektual bilik və bacarıqlarının inkişaf etdirilməsi və asudə vaxtlarının səmərəli təşkil olunması məqsədi ilə start verilib.
Hər iki intellektual oyunda Diaspor Könüllüləri" komandasını "Azərbaycan Diaspor Könüllüləri" proqramının üzvləri Məzahim Əzimov, Neymət Ağamalıyev, Günay Allahverdiyeva və İlahə Hüseynova təmsil ediblər.
"Xanbulan – Yay düşərgəsi" layihəsi isə Aqrar İnkişaf Könüllüləri Təşkilatının təşkilatçılığı, Azərbaycan Könüllü Təşkilatları İttifaqının əməkdaşlığı və TƏBİB-in tərəfdaşlığı ilə keçirilib. 3 gün davam edən layihədə 50 gənc iştirak edib. Könüllülərə fövqəladə hadisələr zamanı xüsusi davranış qaydalarına – düzgün ərazi seçimi, çadırın qurulması, sökülməsi və s. istiqamətlərdə təlim keçilib. Yay düşərgəsində "Diaspor Könüllüləri"ni Neymət Ağamalıyev və Günay Paşayeva təmsil ediblər.