Gənc soydaşımız Finlandiyada ikili təhsil haqqını qazanıb
Helsinkidə yaşayan Finlandiya Azərbaycanlıları Assosiasiyasının gənc fəal üzvü Elgün Malikov təhsil karyerasında böyük uğura nail olub.
Gənc soydaşımız bu il 9-cu sinfi əla qiymətlərlə bitirdiyi üçün tələbə təqaüdü ilə mükafatlandırılıb. Yüksək bal toplayan 100 şagirdin arasında ilk onluqda yer alan Elgün ikili təhsil haqqını qazanıb. Finlandiyadakı təhsil qanununa əsasən, 9 illik orta məktəbi bitirən şağirdlər eyni zamanda kollec və liseyə daxil olmaq hüququna malikdir. Odur ki, gənc soydaşımız bu hüquqdan yararlanmaqla təhsilini həm kollecdə, həm də liseydə davam etdirə biləcək. Hər iki tədris ocağı dizayn mühəndisliyi təmayüllüdür.
Diasporla İş üzrə Dövlət Komitəsi bu münasibətlə Finlandiya Azərbaycanlıları Assosiasiyasının üzvü Elgün Malikovu təbrik edir və təhsil həyatında davamlı uğurlar arzu edir.