Koordinasiya Şurası müharibə sonrası prioritet istiqamətləri müzakirə edib

21.06.2021

Skandinaviya Azərbaycanlıları Koordinasiya Şurasının növbəti toplantısı Azərbaycanın ərazi bütövlüyünün bərpasından sonra diaspor təşkilatlarının fəaliyyət istiqamətlərinə həsr olunub.
Onlayn formatda baş tutan toplantıda Koordinasiya Şurasının İsveç, Norveç, Finlandiya üzrə əlaqələndiriciləri İradə Əliyeva Söderberq, Ramil Əliyev, Ülviyyə Cabbarova və İdarə Heyətinin üzvləri, eləcə də Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları iştirak ediblər.
Tədbir iştirakçıları İsveç, Norveç və Finlandiyadakı diaspor fəaliyyətinin inkişafı, II Qarabağ müharibəsindən sonra dəyişən prioritet istiqamətlər, ölkə həqiqətlərinin xarici mediada daha sıx şəkildə Avropa ictimaiyyətinə çatdırılması, Azərbaycan dili həftəsonu məktəblərinin müvafiq dərsliklər və əyani vəsaitlərlə təmin olunması və s. məsələləri müzakirə ediblər.
Toplantı birgə tədbir və layihələrin həyata keçirilməsi barədə təkliflərin və fikirlərin səsləndirilməsilə yekunlaşıb.