Türkiyədə fəaliyyət göstərən diaspor təşkilatlarının Şuşa Bəyannaməsi ilə bağlı müraciəti
Türkiyədə fəaliyyət göstərən diaspor təşkilatlarının nümayəndələri olaraq, 15 iyun 2021-ci il tarixli "Azərbaycan Respublikası ilə Türkiyə Cümhuriyyəti arasında Müttəfiqlik Münasibətləri haqqında Şuşa Bəyannaməsi"nin imzalanmasını məmnuniyyətlə qarşıladığımızı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın siyasi iradəsi ilə həyata vəsiqə qazanan, iki qətiyyətli Lider tərəfindən imzalanan sənədi yüksək dəyərləndirir və bütün gücümüzlə dəstəklədiyimizi bildiririk.
Bəyannamə yalnız iki qardaş ölkənin deyil, bütün Türk dünyasının həmrəyliyini ifadə edən və gücləndirən, eləcə də Avrasiya coğrafiyası üçün sülh, sabitlik və inkişaf vəd edən bir çox müddəanı özündə ehtiva edir. Odur ki, Azərbaycan və Türkiyə diaspor təşkilatları birlik və həmrəyliyimizin əhəmiyyətli olduğunu diqqətə çatdırmaqla digər türkdilli ölkələrin, həmçinin digər sülhsevər icmalarla birgə fəaliyyətin əhəmiyyətli olduğunu vurğulayırıq.
Xüsusi olaraq qeyd etmək istəyirik ki, sözügedən sənədin imzalanma tarixinin seçilməsi özündə iki böyük tarixin nişanələrini əks etdirir. Hesab edirik ki, Azərbaycanın Milli Qurtuluş günündə və Qars müqaviləsinin yüzüncü ildönümündə belə bir sənədin imzalanması hər iki liderin Türkiyə Cümhuriyyətinin banısi Mustafa Kamal Atatürkə və ümummilli lider Heydər Əliyevə olan tükənməz sevgi və ehtiramının nişanəsidir.
Həmrəylik və birlik çağırışlarımız yalnız türksoylu xalqların tərəqqisi üçün deyil, bütün dünyada mehriban dostluq, səmimi qonşuluq, birgəyaşayış mədəniyyətinin nümayişi olaraq örnəyə çevrilib. Bütün bunlar milli simamız və dəyərlərimizdir.
Əziz və dəyərli yurddaşlar, soydaşlar yaşadığımız dünyada sülh və sabitliyin qorunması, təbliği və təşviqi diaspor təşkilatları və media qurumlarının da üzərinə ağır və şərəfli məsuliyyət qoyur. Bu məsuliyyətin bir istiqaməti də Azərbaycan və Türkiyəyə aid həqiqətlərin dünya birliyinə düzgün çatdırılması, xalqlarımıza, ölkələrimizə qarşı yalan və iftiraların dəf edilməsidir. Son illər, məhz birgə səylərimiz nəticəsində saxta “erməni məsələsi”ndən doğan bütün irtica fəaliyyətlərin ifşası istiqamətində əhəmiyyətli addımlar atmışıq. Lakin bütün bunlar yetərli deyildir. Sözügedən Bəyannamə əməkdaşlıq, inkişaf, tərəqqi və rifah üçün unikal imkanlar yaratmaqdadır.
Ermənistanın, erməni millətçi dairələrin, lobbi təşkilatlarının Türkiyəyə qarşı əsassız iddialarının, tarixin təhrif olunması və faktların saxtalaşdırılması əsasında siyasiləşdirilmiş qərarların həqiqət kimi təqdim olunması son dərəcə təhlükəlidir və birgə səylərlə bunları dəf etməliyik. Bu kontekstdə 1915-ci il hadisələri ilə bağlı olaraq öz arxivlərini açan Türkiyənin Ermənistandakı və digər ölkələrdəki arxivlərin açılması və bu mövzuda tarixçilər tərəfindən araşdırmaların aparılmasına yönəlmiş səylərini qətiyyətlə dəstəkləməklə real işlərə rəvac verməliyik.
Prezident cənab İlham Əliyevin söylədiyi və Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın da dəstəklədiyi kimi: bir millətin iki diasporu ola bilməz.
Birmənalı olaraq qeyd etmək istəyirik ki, müxtəlif ölkələrdə yaşayan Azərbaycan və Türkiyə diasporları arasında əməkdaşlığın daha sıx inkişaf etdirilməsi, məruz qaldığımız ümumi problemlərin qarşısında birlikdə addımlar atılması və ardıcıl həmrəylik göstərilməsi səmərəli fəaliyyət üçün yeganə düzgün yoldur.
Milli mənafelərin qorunmasına dair tarixi həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında diaspor təşkilatlarının koordinasiyalı fəaliyyətləri gücümüzü daha da artırar.
Bu bəyanatı yazmaqda və yaymaqda məqsədimiz bir daha Azərbaycan və Türkiyənin müttəfiqliyini təsdiqləyən Şuşa Bəyannaməsinin tarixi əhəmiyyətini yüksək dəyərləndirdiyimizi nümayiş etdirmək, güclü, qüdrətli, yenilməz, xalqların birliyi və dostluğunun qarantı olan ittifaqın qorunması və inkişafı naminə yumruq kimi birləşmiş diaspora çevrilmək niyyətimizi ifadə edirik. Azərbaycan və Türkiyənin diaspor təşkilatları yalnız və yalnız ittifaq şəklində birləşmiş fəaliyyət göstərməklə əsas hədəflərə çata bilər: bir olaq, birlik olaq, güclü olaq, müttəfiq olaq.
Müraciəti imzalayan təşkilatlar:
1. Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondu (Azərbaycan Evi)
2. Hatay Azərbaycan Evi
3. Yalova Əsassız Erməni İddilaları ilə Mübarizə Dərnəyi
4. Yeni Azərbaycan Yardımlaşma və Mədəniyyət Dərnəyi
5. İstanbul Türkiyə Azərbaycan Kültür və Dayanışma Dərnəyi
6. Azərbaycan Təhsil və Kültür Dərnəyi
7. Eskişəhər Azərbaycanlılar Dərnəyi
8. Gənc Azərbaycanlılar Dərnəyi
9. Kocaeli Dərincə Azərbaycan Evi Dərnəyi
10. Azaflı Sosial Yardım və Mədəniyyət Dərnəyi
11. Türkiyə Azərbaycan Dərnəkləri Federasiyası
12. Azərbaycan Türkləri və Dost Dərnəklər Federasiyası
13. Türkiyə Azərbaycan Dostluq Dərnəkləri Federasiyası
14. Manisa Azərbaycan Kültür və Həmrəylik Dərnəyi
15. İğdır- Azərbaycan Dil, Tarix və Kültür Birliyini Yaşatma və Dəstəkləmə Dərnəyi
16. Türkiyə Azərbaycan Dərnəyi
17. Iğdır Azərbaycan Evi
18. Adana Azərbaycan Kültür və Dayanışma Dərnəyi
19. Antalya Azərbaycan Kültür və Dayanışma Dərnəyi
20. İzmir Azərbaycan Qardaşlıq və Əməşdaşlıq Dərnəyi
21. İzmir Azərbaycan Kültür Evi və Həmrəylik Dərnəyi
22. Azərbaycan Qadınları Kültür Mərkəzi Dərnəyi
23. Çağdaş Azərbaycan Kültür Dərnəyi
24. Ədirnə Azərbaycan Evi Dərnəyi
25. Azərbaycan Dil, Tarix, Mədəniyyət Araşdırma Mərkəzi
26. Azərbaycanlı Həkimlər Dərnəyi
27. İstanbul-Azərbaycan Dostluq Dərnəyi
28. “Buta” Azərbaycan Mədəniyyətini Yayma və Yaşatma Dərnəyi
29. Dünya Azərbaycanlıları Yazarlar və Media Dərnəyi
30. Kayseri Azərbaycan Mədəniyyət,Təhsil və Həmrəylik Dərnəyi
31. “Xəzər” Azərbaycan Xalq Rəqsləri Dərnəyi
32. Xəzər Folklor Təhsil və Araşdırma Mərkəzi
33. Anka - Azərbaycan Rəqs və Sənət Klubu
34. İstanbul Universiteti Azərbaycan Mədəniyyət və Həmrəylik Birliyi
35. Araz Doğa Sporları və Kültür Klubu Dərnəyi
36. Azərbaycan Turkiyə Ortaq Milli Düşüncə Dərnəyi
37. İstanbul Azərbaycan Kültür Evi
38. İstanbul Heydər Əliyev adına Azərbaycan məktəbi
39. Azərbaycan Təhsil, Mədəniyyət və Sosial Həmrəylik Dərnəyi
40. Balıkesir Azərbaycan Evi Dərnəyi
41. “Azərbaycan Xalqlar Dostluğu” Dərnəyi
42. Azərbaycan Gənclərinin Ankara Həmrəylik Dərnəyi
43. “Mübariz” Kültür Təhsil və Sosial Yardımlaşma Dərnəyi
44. Azərbaycan Gənclərinin İstanbul Hərəkatı
45. İstanbul Universiteti Azərbaycan Türkiyə Qardaşlıq və Həmrəylik Topluluğu
46. Celal Bayar Üniversitesi Manisa Azərbaycanlı Tələbələr Topluluğu
47. Düzce Üniversitesi Türk Dünyası Topluluğu
48. Bülent Ecevit Universitetinin nəzdində Azərbaycan Kültür Topluluğu
49. Azərbaycan Gənclərinin İstanbul Həmrəyliyi
50. Konya Azərbaycanlı Tələbələr Birliyi
51. Sakaryada Azərbaycan Kültür və Həmrəylik Topluluğu
52. Manisa Azərbaycanlı Tələbələr Birliyi
53. Kayseri Azərbaycanlı Tələbələr Birliyi
54. Kastamonu Universiteti Azərbaycan Mədəniyyət və Həmrəylik Birliyi
55. Bursa Azərbaycan Mədəniyyət və İncəsənət Birliyi
56. Azərbaycan Kipr Dostluq Cəmiyyəti
57. Kahramanmaraş-Azərbaycan Təhsil, Mədəniyyət və Həmrəylik Birliyi
58. Elazığ Azərbaycan Mədəniyyət və Tələbə Gənclər Birliyi
59. "Bilecik Azərbaycan Qardaşlıq Dərnəyi”
60. Qars Azərbaycan Evi Dərnəyi
61. İğdır Vakfı
62. Azərbaycan Çanaqqala Dərnəyi
63. “Gəlcəyin İnsanları Məkanı, Gələcəyin İmkanları Məkanı
64. ”Azərbaycan Deyincə” Dərnəyi
65. AzArt - Türkiyədə Yaşayan Azərbaycanlı Rəssamlar Qrupu
66. Alanya Azərbaycanlılar Dərnəyi
67. Zile Azərbaycan Qarabağlılar Yardımlaşma və Dayanışma Dərnəyi
68. Azərbaycan Kültür Mərkəzi Dərnəyi
69. Kocaeli Azərbaycan Heydər Əliyev Kültür Evi Dərnəyi
70. Türkiyə Anadolu Aydınlar Ocağı
71.
Türkiyə Azərbaycan Dev Kardeşlik, Candaşlık və Strateji Platformu
72. Türk Kültür Platformu
73. Yeşil İğdır qəzeti
74. Azərbaycan Kipr Gənclər Təşkilatı