Niderlanddakı diaspor fəalının övladı şahmat çempionatında yaxşı nəticə göstərib
Azərbaycan diasporu üzvlərinin övladlarının yaşadıqları ölkələrin elm, təhsil, ictimai, siyasi, iqtisadi, mədəni və idman sahələrində ardıcıl olaraq uğurlar əldə etməsi ölkəmizdə böyük qürur hissi ilə qarşılanır.
Bu dəfə söhbət Niderland Krallığının Utrext şəhərində yaşayan soydaşımız, Niderland–Belçika Azərbaycanlıları Koordinasiya Şurasının üzvü İlkanə Yusifovanın oğlu Timur van de Bergdən gedir. Timurun daxil olduğu "De Axtbaan" (" De Achtbaan) komandası məktəblilər arasında şahmat üzrə Niderland çempionatında ikinci yeri tutub. Komandada 9 nəfər məktəbli təmsil olunub.
23 məktəbin komandasının iştirak etdiyi çempionatın nəticələri yerli mediada geniş şəkildə işıqlandırıb.
Diasporla İş üzrə Dövlət Komitəsi bu qələbə münasibətilə Timur van de Bergi və valideynlərini təbrik edir, məktəbli həmvətənimizə hər zaman parlaq qələbələr arzulayir.