Dubay şəhərində azərbaycanlı rəssamın sərgisi açılıb

14.06.2021

Birləşmiş Ərəb Əmirliyinin Dubay şəhərində gənc azərbaycanlı rəssam Luiza Baxmullayevanın "Uniconsious" adlı fərdi rəsm sərgisi təşkil edilib.
Belçikalı Vim Bonjeanın dəstəyi ilə "BUT Gallery"də baş tutan sərgidə rəssamın 2016-cı ildən 2021-ci ilə kimi yaratdığı yağlı boya, akril və akvarel, həmçinin qrafikadan ibrarət əsərləri nümayiş olunur. Müasir üslubda yeni texnologiyalar vasitəsilə ərsəyə gələn rəsm əsərləri qonaqlarda maraq doğurub.
Sərgidə iştirak edən "BƏƏ-də Azərbaycanlı Xanımlar" qrupunun nümayəndələri soydaşımızı tədbir münasibətilə təbrik edib və yaradıcılıq fəaliyyətində uğurlar arzulayıblar.
12 iyun tarixində açılan sərginin iki ay davam edəcəyi nəzərdə tutulur.