Ukrayna mediası beynəlxalq təşkilatları jurnalist ölümünə biganəlikdə qınayıb
Ukraynanın https://news.obozrevatel.com xəbər saytında azərbaycanlı jurnalistlərin mina partlayışı nəticəsində həlak olması ilə əlaqədar "Jurnalistlər ölməyə davam edir, amma dünya susur" sərlövhəli məqalə dərc olunub.
Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədr müavini Murad Cəfərovun müəllifi olduğu məqalədə bildirilib ki, bənzər halla Ukrayna da rastlaşıb, çünki peşə borcunu yerinə yetirən ukraynalı jurnalistlər də cəbhə bölgəsində ölüm təhlükəsinə məruz qalırlar.
Qeyd edilib ki, beynəlxalq təşkilatlar bu cür faciələrə biganə qalmamalıdır: "Amma təcrübədə jurnalistlərin ölümünə səbəb olan bu qanlı hərəkəti qətiyyətlə qınamağa tələsməyən beynəlxalq informasiya ictimaiyyətindən lazımi dəstəyi hiss etmirik".
Müəllifin fikrincə, azərbaycanlı jurnalistlərin ölümü ilə əlaqədar dünyanın bütün jurnalist ictimaiyyəti rəsmi bəyanatla çıxış etməli, rəsmi İrəvandan mina xəritlərıni Azərbaycana təhvil verməsini, eləcə də erməni diversantlarının azad olunmuş Azərbaycan ərazilərinə ötürülməsinə son qoyulmasını tələb etməlidir.
Nəzərə çatdırılıb ki, artıq Ukrayna Jurnalistlərinin Milli Birliyi bu məsələ ilə bağlı öz mövqeyini bəyan edib.
Məqaləni daha ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür:
https://news.obozrevatel.com/abroad/zhurnalistyi-prodolzhayut-gibnut-no-mir-molchit.htm