Kanadanın yəhudi mediasında mina qurbanı olmuş azərbaycanlı jurnalistlərdən bəhs edilib

14.06.2021

Kanada yəhudilərinin https://www.thej.ca xəbər saytında "İki azərbaycanlı jurnalist mina partlayışında həlak oldu" sərlövhəli məqalə dərc olunub.
Siyasi şərhçi Reyçel Avrahamın müəllifi olduğu məqalədə qeyd olunub ki, 4 iyun 2021-ci il tarixində Kəlbəcər rayonunun Susuzluq kəndində Azərbaycan Dövlət Xəbər Agentliyinin və Azərbaycan Televiziyasının əməkdaşları Məhərrəm İbrahimov və Sirac Abışov, eləcə də yerli məmur xidməti vəzifələrini yerinə yetirərkən mina partlayışı nəticəsində həlak olublar. Hadisəni İsrailin Azərbaycandakı səfiri Corc Dikin, habelə ATƏT-in Media Azadlığı üzrə nümayəndəsi Tereza Ribeyronun qınadığı vurğulanıb.
Bildirilib ki, Jurnalistləri Müdafiə Komitəsi azərbaycanlı jurnalistlərin Qarabağda öldürülməsini faciə adlandırıb və bəyan edib ki, heç bir jurnalistin bu münaqişənin qurbanına çevrilməyəcəyinə təminat verməsi üçün Ermənistan hakimiyyəti mina xəritələrini media nümayəndələri ilə paylaşmalıdır.
II Qarabağ müharibəsi bitdikdən indiyədək 35 min minanın zərərsizləşdirilməsinə baxmayaraq, 120-dən çox insanın mina partlayışı nəticəsində həyatını itirdiyi və yaralandığı nəzərə çatdırılıb.
Məqaləni daha ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür:
https://www.thej.ca/2021/06/10/two-azerbaijani-journalists-killed-in-landmine-explosion/