Barselona metrosunda Azərbaycanla bağlı məlumatlandırıcı bilbordlar quraşdırılıb
Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Barselonadakı Azərbaycanlılar Cəmiyyətinin təşkilatçılığı ilə İspaniyanın Barselona şəhərindəki metronun müxtəlif platformalarında 28 may – Respublika gününə həsr olunmuş məlumat xarakterli bilbordlar yerləşdirilib.
Bilbordlarda 28 may tarixinin Azərbaycanın Respublika günü kimi qeyd edildiyinə, ölkəmizin Şərqdə ilk demokratik respublika yaratdığına diqqət cəlb edilib. İşğaldan azad olunmuş torparlarımızın, Bakı şəhərinin və üçrəngli dövlət bayrağımızın təsviri fonunda məlumatlar yerləşdirilib.
Qeyd edək ki, hər gün 10 minlərlə insanın istifadə etdiyi metroda Barselona Metropolitanının əvvəlcədən müəyyənləşdirdiyi cədvəl üzrə yerləşdirilən bilbordlar 1 ay müddətində nümayiş etdiriləcəkdir.