Varşavadakı soydaşlarımız karyerasını Polşada davam etdirəcək "Qarabağ" futbolçusunu sevinclə qarşılayıblar

09.06.2021

Polşanın https://legia.com idman saytında dəfələrlə Azərbaycan çempionu olan Ağdamın "Qarabağ" futbol klubunun ən məhsuldar hücumçusu Mahir Əmrəlinin Polşa paytaxtına gəlməsi barədə xəbər yayıb.
"Mahir Əmrəli artıq Varşavada" başlıqlı məlumatda bildirilib ki, 23 yaşlı futbolçu tibbi müayinədən keçəndən sonra Varşava Liqası (Legia Warszawa) ilə müqavilə imzalaya biləcək. Xəbərdə tanınmış oyunçunun çox yaxşı fiziki hazırlığa malik olması, futbol təhsili və 17 yaşından başladığı peşəkar karyerası barədə ətraflı məlumat verilib.
Nəzərə çatdırılıb ki, "Qarabağ"ın aparıcı oyunçusu son altı mövsümün beşində çempion titulu qazanıb, 201 matçda 67, bu mövsümün 32 matçında 22 qol vurub, 2019-ci il üzrə ən yaxşı hücumçu hesab edilib, UEFA Çempionlar Liqasında və Avrova Liqasının qrup mərhələsində keçirilən yarışlarda böyük təcrübəyə malikdir.
Qeyd edək ki, tanınmış futbolçunu Varşava hava limanında Polşa Azərbaycanlıları Şurasının üzvləri böyük sevinclə və təntənəli şəkildə qarşılayıblar. Soydaşlarımız futbolçuya bildiriblər ki, iştirak edəcəyi bütün oyunlar zamanı ona mənəvi dəstək göstərəcəklər.
Məlumatı daha ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür:
https://legia.com/pilka-nozna/mahir-emreli-juz-w-warszawie/13408