Polşa mediasında Ermənistanın yolverilməz davranışının mina qurbanlarının sayını artırmasından bəhs edilib
Polşa Azərbaycanlıları Şurasının təşəbbüsü ilə https://10minut.tv yerli xəbər saytında azərbaycanlı jurnalistlərin və dövlət məmurunun Kəlbəcərdə baş vermiş mina partlayışı nəticəsində həyatlarını itirməsi barədə məqalə dərc olunub.
Məqalədə bildirilib ki, 10 noyabr 2020-ci il üçtərəfli sülh razılaşmasının imzalanmasından indiyədək işğaldan azad edilmiş ərazilərdə minaların təmizlənməsi işi həyata keçirilir. Lakin Ermənistanın minalanmış ərazilərin xəritələrini verməkdən imtina etdiyindən "gözəgörünməz düşmən"in qurbanlarının sayı artmaqdadır. Ermənistanın beynəlxalq hüquqa və üçtərəfli razılaşmaya zidd davranışının bölgədə yenidənqurma işlərinin aparılmasına, azərbaycanlıların öz doğma evlərinə qaytarılmasına və bölgədə sülhün bərqərar olmasına maneələr törətdiyi vurğulanıb.
Məqaləni daha ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür:
https://10minut.tv/swiat/3-obywateli-azerbejdzanu-zginelo-4-osoby-zostaly-ranne-w-wyniku-wybuchu-miny-przeciwpancernej-zostawionej-przez-armenie-11659