Turkiyədəki federasiya və dərnəklər Ermənistana etiraz edir

07.06.2021

Türkiyədə fəaliyyət göstərən federasiya və dərnəklər Kəlbəcərdə mina partlayışı nəticəsində azərbaycanlı jurnalistlər və dövlət məmurunun faciəli şəkildə həlak olması ilə bağlı birgə bəyanatla çıxış edib.
Bəyanatda Kəlbəcər hadisəsi 10 noyabr 2021-ci il tarixli üçtərəfli sülh razılaşmasını imzalayan Ermənistanın mülki və günahsız azərbaycanlılara qarşı hücumlarının davam etməsi kimi qiymətləndirilib. Rəsmi İrəvanın beynəlxalq hüquq normalarına və konvensiyalarına məhəl qoymadığı, mina xəritələrini Azərbaycana təhvil verməkdən imtina etdiyi, II Qarabağ savaşı zamanı Gəncə, Tərtər, Bərdə və digər şəhərlərdə mülki yaşayış məntəqələrini qadağan olunmuş silahlarla bombaladığı, yüzlərlə insanın ölümünə səbəb olduğu vurğulanıb.
Diaspor təşkilatları Ermənistanın mina xəritələri ilə bağlı yolverilməz davranışına etiraz etdiklərini bəyan ediblər.
Bəyanatı Azərbaycan–Türkiyə Dost Dərnəklər Federasiyası, Türkiyə–Azərbaycan Dostluq Dərnəkləri Federasiyası, Türkiyə–Azərbaycan Dərnəkləri Federasiyası, Adana–Azerbaycan Kültür ve Həmrəylik Dərnəyi, Alanya Azərbaycanlılar Dərnəyi, Amasya–Azərbaycan Kültür ve Sənət Dərnəyi, Ankara– Azerbaycan Kültür Evi Dərnəyi, Ankara Hazar Halk Dansları Dərnəyi, Ankara Türkiye–Azerbaycan Dərnəyi, Antalya–Azerbaycan Kültür ve Həmrəylik Dərnəyi, Azərbaycan Qadınları Kültür Mərkəzi Dərnəyi, Balıkesir–Azerbaycan Kültür Dərnəyi, Bilecek–Azərbaycan Qardaşlıq Dərnəyi, Bursa Tərəkəmə Qarapapaq Kültür Platform Dərnəyi, Bursa GİM "AZDER", Dərincə–Azərbaycan Evi Dərnəyi, Ədirnə–Azerbaycan Evi Dərnəyi, Eskişehir Azərbaycanlılar Dərnəyi, Iğdır Araz Doğa Sporları ve Kültür Klubu Dərnəyi, İğdır–Azərbaycan Dil, Tarix və Kültür Birliyini Yaşatma ve Dəstəkləmə Dərnəyi, Azərbaycan Dil, Tarix və Kültür, Bilim, Yaşatma ve Dəstəkləmə Dərnəyi, Iğdır–Azerbaycan Evi Dərnəyi, Iğdır–Kafkas Çeçen Dərnəyi, Türkiyə–Azərbaycan Dərnəyinin İğdır şöbəsi, İstanbul–Azərbaycan Kültür Evi Dərnəyi, İstanbul Türkiyə–Azərbaycan Həmrəyliyi və Kültür Dərnəyi, İzmir Azer Türkleri Həmrəyliyi Dərnəyi, İzmir– Azərbaycan Kültür Mərkəzi Dərnəyi, İzmir–Azərbaycan Kültür ve Həmrəylik Dərnəyi, İzmir Çağdaş Azərbaycan Kültür Dərnəyi, Kahramanmaraş Təhsil, Kültür və Həmrəylik Dərnəyi, Qars–Azərbaycan Evi Dərnəyi, Qars–Azərbaycan Qafqaz Kültür Dərnəyi, Qars–Azərbaycan Kültür ve Həmrəylik Dərnəyi, Manisa– Azərbaycan Kültür ve Həmrəylik Dərnəyi, Muğla–Azərbaycan Kültür Dərnəyi, Samsun–Azərbaycan Türkleri Dərnəyi, Tokat Zile Azərbaycan Qarabağ Yardımlaşma Dərnəyi, Turqutlu–Azərbaycan Kültür Dərnəyinin Turqutlu Şöbəsi, Zonquldaq-Ereğli, Qars Qafqaz Folklor Dərnəyi təmsilçiləri imzalayıblar.