Serbiya qəzeti: “Rəsmi İrəvan öhdəliklərini yerinə yetirməlidir”

06.06.2021

Serbiyada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə http://www.tanjug.rs, https://www.b92.net/, https://www.srbijadanas.com, https://nova.rs/ yerli xəbər portallarında "Azərbaycan: Mina partlaması nəticəsində iki jurnalist öldü" sərlövhəli məqalə yerləşdirilib.
Məqalədə bildirilib ki, ötən ilin noyabrında işğal etdikləri Kəlbəcəri tərk etməyə məcbur olan Ermənistan silahlı qüvvələrinin bu ərazidə mina yerləşdirməsi nəticəsində Azərbaycan Dövlət Xəbər Agentliyinin (AZƏRTAC) və Azərbaycan Televiziyasının əməkdaşları Məhərrəm İbrahimov və Sirac Abışov, regional icra hakimiyyətinin nümayəndəsi Arif Əliyev həlak olub və 4 nəfər yaralanıb. Qeyd edilib ki, bu yaxınlarda Ermənistan silahlı qüvvələrinin diversant qrupu sərhəddi pozaraq Kəlbəcərə soxularkən və bu ərazidə yeni minalar yerləşdirməyə çalışarkən Azərbaycan tərəfindən ələ keçirilib.
Azərbaycan mülki şəxslərinin vəzifələrini yerinə yetirərkən minalardan əziyyət çəkməsinə görə bütün məsuliyyətin Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşdüyü bildirilib. Rəsmi İrəvanın yolverilməz və qəbuledilməz davranışının bölgədə sülhün, təhlükəsizliyin təmin olunmasına zidd olduğu vurğulanıb, iki ölkə arasında əməkdaşlığın qurulması yolunda böyük maneə kimi qiymətləndirilib. Ermənistanın bütün qanunsuz hərəkətlərinə baxmayaraq, Azərbaycanın bölgədə sülh və təhlükəsizliyi təmin etmək üçün hüquqi tədbirlər də daxil olmaqla bütün lazımi addımları atacağı nəzərə çatdırılıb.
Məqalədə bildirilib ki, Azərbaycan tərəfi beynəlxalq ictimaiyyəti Ermənistanın beynəlxalq öhdəliklərini kobud şəkildə pozmasına, mina xəritələrini verməkdən imtina etməsinə göz yummamağa və rəsmi İrəvandan öz öhdəliklərini yerinə yetirməsini tələb etməyə çağırıb.

Məqalələri daha ətraflı şəkildə aşağıdakı linklərdən oxumaq mümkündür:

http://www.tanjug.rs/full-view.aspx?izb=658988

https://www.b92.net/info/vesti/index.php?yyyy=2021&mm=06&dd=04&nav_category=78&nav_id=1869362

https://www.srbijadanas.com/vesti/svet/uznemirujuci-video-eksplodirala-mina-na-putu-poginuli-azerbejdzanski-novinari-eho-rata-jos-uvek-2021-06-04

https://nova.rs/svet/eksplozija-mine-u-azerbejdzanu-poginulo-dvoje-novinara/