Macarıstan mediası azərbaycanlı jurnalistlərin faciəsini işıqlandırıb
Macarıstanda fəaliyyət göstərən Macarıstan–Azərbaycan Gənclər Birliyinin təşəbbüsü ilə bu ölkənin https://magyarnemzet.hu və https://www.origo.hu xəbər saytlarında "Azərbaycanda mina partlaması nəticəsində iki jurnalist və bir yerli məmur həyatını itirib" sərlövhəli məqalə yayılıb.
Məqalədə ölkəmizin Kəlbəcər rayonundakı Susuzluq ərazisində faciəli hadisənin baş verməsi, beynəlxalq humanitar hüquqa zidd olaraq Ermənistanın mina xəritələrini verməkdən imtina etdiyi, Azırbaycan ərazilərində yeni minaları yerləşdirmək məqsədilə təxribatlar törətdiyi, 10 noyabr 2020-ci il tarixli sülh razılaşmasından indiyədək yüzdən artıq mülki azərbaycanlının və hərbçinin həlak olduğu, yaralandığı barədə ətraflı məlumat verilib.
Ermənistanın yolverilməz davranışının Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin minadan təmizlənməsi və yenidənqurma işlərinin aparılmasına çətinliklər yaratdığına, bu missiyaya öz töhfəsini bəxş etmək istəyən Macarıstanın da planlarına əngəl olduğuna diqqət cəlb edilib.
Məqaləni daha ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür:
https://magyarnemzet.hu/kulfold/ket-azeri-ujsagiro-meghalt-mikor-aknara-futott-video-9893420/
https://www.origo.hu/nagyvilag/20210604-harom-civil-meghalt-aknarobbanasban-azerbajdzsanban.html