İordaniya mediasında Ermənistanın mülki əhaliyə qarşı təcavüzkarlıq siyasəti gündəmə gətirilib

02.06.2021

Soydaşlarımızın təşəbbüsü ilə İordaniya Haşimilər Krallığının nüfuzlu https://nayrouz.com xəbər portalında və http://nabdapp.com mobil informasiya tətbiqində “Sülh istəməyən Ermənistanın mülki əhaliyə qarşı təcavüzkarlıq siyasəti” sərlövhəli məqalə dərc olunub.
Məqalədə 44 günlük Vətən müharibəsində Ermənistanın Azərbaycanda mülki şəxləri, uşaqları qətlə yetirməsi məsələsi gündəmə gətirilib və Ermənistanın bu terrorçu əməllərinin əkisinə olaraq Azərbaycan ordusunun müharibə zamanı mülki əhalini heç zaman atəşə tutmaması qeyd olunub.
Yazıda ermənilər tərəfindən zaman-zaman azərbaycanlılara qarşı qətliamların edildiyi qeyd olunub: “Xüsusən 1918-ci ildə Azərbaycanın bir sıra bölgələrində, əsasən də Bakıda erməni daşnakları xalqımıza qarşı soyqırımı törədilib. Rəsmi mənbələrə əsasən bu soyqırımı nəticəsində 12 minə yaxın azərbaycanlı qətlə yetirilmiş, on minlərlə insan itkin düşüb. Ermənilər qondarma Dağlıq Qarabağ problemini ortaya atmaqla azərbaycanlılara qarşı kütləvi şəkildə qırğınlar törədib şəhər və kəndlərimizi, maddi-mədəniyyət abidələrimizi dağıdıblar. 1991-1992-ci illərdə Xocalıda və digər yaşayış məntəqələrində soyqırımı törədilib. 1993-cü ilin aprel ayında isə Ermənistan Silahlı Qüvvələri Kəlbəcər rayonunun Başlıbel kəndində mülki əhalini kütləvi şəkildə vəhşicəsinə qətlə yetirib. Bu faciədə öldürlənlərin meyitlərinin qalıqları 2021-ci ilin 24 apreldə Başlıbel kəndində aşkar edilib. Eyni zamanda, işğal olunmuş ərazilərdəki separatçı rejim tərəfindən 1994-cü ilədək çoxsaylı insan tələfatı ilə nəticələnən 373 terror aktı törədilib”.
Müəllif döyüş əməliyyatları zamanı dinc əhaliyə, xüsusən uşaqlara və qadınlara qarşı yönələn anti-humanist hərəkətlərin beynəlxalq konvensiyalarda yolverilməz hesab olunduğunu vurğulayıb: “Sülh və ədalətin olması, davamlı inkişaf üçün dinc və inkluziv cəmiyyətlərin yaradılması, hər kəs üçün ədalətə çıxışın təmin edilməsi vacib amildir. Ermənistan isə işğaldan azad edilmiş Azərbaycan ərazilərini kütləvi şəkildə minalarla və təhlükəli döyüş sursatları ilə çirkləndirib, yaşayış məskənlərini, kəndləri, şəhərləri viran edərək yer üzündən silib. Ermənistanın mina xəritələrini Azərbaycana verməməsi mülki insanlara və sülhə təhlükədir. Bu gün dünya azərbaycanlıları Ermənistanın mina xəritələrini Azərbaycana verməməsi ilə bağlı beynəlxalq təşkilatlara çağırış edir. Çünki Ermənistan bununla bir daha mülki-humanitar hüququn prinsiplərini kobud şəkildə pozur, regionun sabitliyinə və inkişafına mane olur. Azərbaycan dövlətinin məqsədi isə regionda etibarlı sülhün və sabitliyin təmin olunmasıdır”.
Məqaləni daha ətraflı şəkildə aşağıdakı linklərdən oxumaq mümkündür:
https://nayrouz.com/article/206519
http://nabdapp.com/t/88141899