"Qarabağ" rəqs qrupu 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə videoçarx hazırlayıb

02.06.2021

İsveç-Azərbaycan Mədəniyyət Dərnəyinin (SAF) təşəbbüsü ilə "Qarabağ" məktəbinin rəqs qrupu 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə videoçarx hazırlayıb.
Videoçarxda "SAF"ın nəzdində fəaliyyət göstərən "Qarabağ" məktəbinin rəqs qrupunun təqdimatinda milli rəqslərimiz, indiyədək Stokholm şəhərində keçirilən bir çox beynəlxalq festivallarda və tədbirlərdə çıxışların görüntüləri nümayiş etdirilib.
Qeyd edək ki, "SAF" 2017-ci ilin fevralında İsveçdə yaranıb və qısa müddət ərzində ölkənin ictimai və mədəni həyatına inteqrasiya edib.
Videoçarxı aşağıdakı linkdən izləmək mümkündür:
https://youtu.be/-eCTMLPY6y