Kanadalı deputat Azərbaycanın Respublika gününü təbrik edib

01.06.2021

Kanada parlamentinin deputatı, Kanada–Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri Filip Lourens (Philip Lawrence) xalqımızı və ölkəsində yaşayan azərbaycanlıları 28 may – Respublika günü münasibətilə təbrik edib.
1918-ci ildə qurulan Azərbaycan Xalq Cümhuriyyətinin türk və islam dünyasında ilk parlamentli respublika və ilk demokratik, hüquqi və dünyəvi dövlət olduğunu qeyd edən millət vəkili öz təbrikini bu cür çatdırıb: "Kanada–Azərbaycan Dostluq Qrupunun sədri olaraq, bu gün mən də Azərbaycan xalqını, Azərbaycan əsilli kanadalıları və dünya azərbaycanlılarını təbrik edənlərin sırasına qoşuluram. Respublika gününüz mübarək olsun!"
Qeyd edək ki, Filip Lourens Kanadada fəaliyyət göstərən Kanada Azərbaycanlıları Şəbəkəsinin təşkil etdiyi əksər tədbirlərdə iştirak edir və ölkəmizə dəstəyini ifadə edir.
Kanadalı millət vəkilinin təbrikini aşağıdakı linkdən izləmək mümkündür:
https://www.facebook.com/philiplawrenceMP/videos/1668754789983978