Münhendəki Azərbaycan Evində Respublika günündən danışılıb

01.06.2021

Almaniyanın Münhen şəhərində fəaliyyət göstərən Azərbaycan Evində 28 may - Respublika gününə həsr olunmuş tədbir keçirilib.
Münhen Azərbaycanlıları Mədəniyyət Mərkəzinin təşkil etdiyi tədbir karantin qaydalarına uyğun şəkildə gerçəkləşdirilib. Tədbirdə mərkəzin və Azərbaycan Evinin üzvləri iştirak ediblər.
Mərkəzin rəhbəri Səttar Kərimov 103 il öncə Azərbaycanın dövlətçilik tarixində böyük əhəmiyyət kəsb edən hadisənin baş verdiyini nəzərə çatdırıb. Azərbaycan Demokratik Respublikasının yaranma tarixi, fəaliyyəti, nailiyyətləri və süqutu barədə müfəssəl məlumat verib. Bildirib ki, ötən il Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə xalqımızın 44 günlük Vətən müharibəsində qazandığı qələbə sayəsində işğaldan azad edilmiş torpaqlarımızda üçrəngli bayrağımız yenidən dalğalandırılır və Respublika gününün 103-cü ildönümünü qürur hissi ilə qeyd edirik.