Bişkekdəki mini-futbol turniri Respublika gününə həsr edilib

01.06.2021

"Qırğızıstan Azərbaycanlılarının Tərəqqipərvər Birliyi"nin təşkilatçılığı ilə Bişkek şəhərində 28 may – Respublika gününə həsr edilmiş mini-futbol turniri keçirilib.
Türnir 103 il öncə türk-müsəlman aləmində ilk dəfə Azərbaycanda Demokratik Respublikanın qurulmasına qırğız ictimaiyyətinin diqqətini cəlb etmək məqsədilə təşkil olunub. Yarışdan öncə çıxış edən birlik sədri Xansıvar Baxşəliyev xalqımızı və dünya azərbaycanlılarını əlamətdar hadisə münasibətilə təbrik edib, gənclərimizi xalqımız və dövlətimiz naminə fəal və həmrəy olmağa, bir yumruq kimi birləşməyə çağırıb.
Mini-futbol turnirində 5 komanda yarışıb. Soydaşlarımızın və Bişkekdə yaşayan dost icmaların təmsil olunduğu "İnter" komandası turnirin qalibi olub.