İstanbulda Azərbaycan–Türkiyə münasibətlərindən bəhs edən jurnal dərc edilib

01.06.2021

Türkiyənin İstanbul Universitetində fəaliyyət göstərən Azərbaycan–Türkiyə Qardaşlıq və Həmrəylik Birliyinin təşəbbüsü və dəstəyi ilə "Dünden bugüne Azerbaycan Türkiye İlişkileri" ("Dünəndən bugünə qədər Azərbaycan–Türkiyə münasibətləri") adlı jurnal dərc olunub.
28 may – Respublika günü çərçivəsində dərc olunmuş jurnal Qarabağ uğrunda həlak olmuş şəhidlərimizin əziz xatirəsinə ithaf olunub. Jurnalda 103 il öncə yaradılmış Azərbaycan Xalq Cümhuriyyətinin keçdiyi yola nəzər salınıb, dahi siyasətçi və görkəmli dövlət xadimi Heydər Əliyevin Azərbaycan–Türkiyə münasibətlərinin dərinləşməsində tarixi xidmətlərindən geniş bəhs olunub. İki qardaş ölkə arasında mövcud münasibətlərin yüksək səviyyədə inkişafından, ictimai-siyasi, iqtisadi, humanitar, elm, mədəniyyət, ədəbiyyat və incəsənət sahələrində əlaqələrdən danışılıb, Azərbaycanın görkəmli elm xadimləri barədə məlumat verilib.
Türkiyənin bir sıra şəhərlərində jurnalın təqdimat mərasimlərinin keçirilməsi nəzərdə tutulur. Jurnalın elektron versiyası ilə aşağıdakı linkdən tanış olmaq mümkündür:
https://www.yumpu.com/tr/document/read/65665245/dunden-bugune-azerbaycan-turkiye-iliskileri