Barselonadakı Azərbaycan Evində Respublika günü ilə bağlı tədbir təşkil edilib
İspaniyanın Barselona şəhərində fəaliyyət göstərən Azərbaycan Evində 28 may – Respublika gününün 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.
Pandemiya məhdudiyyətlərinə uyğun şəkildə təşkil edilən tədbir Azərbaycanın Dövlət himninin səsləndirilməsilə başlayıb. Tədbirdə Azərbaycan Evinin rəhbəri Kərim Kərimov və digər şəxslər çıxış ediblər. Onlar müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixindən, 23 aylıq fəaliyyətindən və əldə etdiyi uğurlardan danışıblar. Xalqımızın və dünya azərbaycanlılarının Respublika gününün 103-cü ildönümünü qalib dövlətin qürurlu vətəndaşları olaraq böyük sevinc hissi ilə qarşıladıqları nəzərə çatdırılıb.