Stokholmda "Qarabağ" rəqs qrupu Respublika gününü qeyd edib
İsveçin Stokholm şəhərində fəaliyyət göstərən "SAF" İşveç–Azərbaycan Dərnəyinin təşəbbüsü ilə Stokholm şəhərində 28 may – Respublika gününə həsr olunmuş tədbir keçirilib.
Paytaxtın Skarholmen bələdiyyəsinin qarşısındakı parkda təşkil edilən tədbir zamanı "Qarabağ" məktəbinin rəqs qrupunun üzvləri Azərbaycana həsr olunmuş konsert proqramı ilə çıxış ediblər. Milli geyimli məktəbli rəqqasların çıxışları yerli sakinlərin alqışları ilə qarşılanıb.