Avropa Azərbaycanlıları Konqresi 28 may – Respublika Gününə həsr edilmiş tədbir təşkil edib

27.05.2021

Avropa Azərbaycanlıları Konqresinin (AAK) təşkilatçılığı ilə 28 May – Res-publika Gününün 103-cü ildönümünə həsr edilmiş onlayn formatlı tədbir keçirilib.
Tədbirdə AAK üzvləri, Azərbaycan millət vəkilləri, diaspor fəalları və Dias-porla İş üzrə Dövlət Komitəsinin nümayəndəsi iştirak ediblər.
Çıxış edənlər 103 il öncə Azərbaycan dövlətinin adını demokratik dünyanın tarixinə yazmış Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətindən danışıblar. Ötən il Prezident İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edilməsi, ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi Cümhuriyyət ənənələrinə böyük töhfə kimi qiymətləndirilib. Diaspor təşkilatlarının Azərbaycanın tarixi və mədəni irsinin təbliği istiqamətində gördüyü işlər nəzərə çatdırılıb.
Tədbir çərçivəsində "YAŞAT" xeyriyyə marafonunun gedişi barədə ətraflı məlumat verilib, soydaşlarımıza birlik və həmrəylik nümayiş etdirərək, Vətəni-mizin ərazi bütövlüyü uğrunda canından və qanından keçən şəhid və qazilərimizin ailələrinə dəstək göstərməyə çağırış ifadə olunub.